Gülən camaatının kod adları məlum oldu - FAKT

13-05-2015, 20:03           
Gülən camaatının kod adları məlum oldu - FAKT
Dövlətin kapilyar damarlarına qədər işləyən və qurumda təşkilatlanan Fətullah Gülənçi Terror Təşkilatının (FETÖ) üzvlərinin istifadə etdiyi “kod adlar” ilk dəfə olaraq bir ittiham daxil edilib.
Məskən saldıqları TÜBİTAK və Mərmərə Araşdırma Mərkəzinə qanunsuz işə götürülən və terror təşkilatına pul toplanması iddiası ilə 8 şübhəli şəxsin haqqında hazırlanan ittiham aktında zərəçəkmişlərin ifadələrində müzakirə mövzusu olan təşkilatlanmaq deşifrə edilib. İşə qəbul edilmələrin təşkilatın qərargahında aparıldığının yer aldığı iddianamədə, işə götürülənlərə himmət şərti qoyan TÜBİTAK imamlarının, insanların dini duygularından sui-istifadə edərək zəkat, fitrə, sədəqə və qurban bəxşişi adı altında topladıqları pulları da təşkilatın kassasına köçürdükləri qeyd olunub.

Təşkilata maliyyə dəstəyi göstərdilər

Ankara Baş Prokurorluğunun Konstitusiyaya Qarşı Cinayətləri Araşdırma Bürosu tərəfindən hazırlanan və Ankara ikinci Ağır Cinayətlər üzrə Məhkəməsinə göndərilən iddianamədə 6-sının həbsxanada, 8 şübhəlinin isə “icbari formada birdən artıq işlər etməklə” terror təşkilatına maliyyə dəstəyi vermək səbəbindən hər birinə ayrılıqda cəza verilməsi istənilib.

Xəbərdarlıq məktubuyla ortaya çıxdı

Xəbərdarlıq məktubu yollayan İdris Aydın, Mehmet Ertaş, Səfər Yıldırım və Rəcəb Kanbayın haqqında olan iddianamədə, Ali Veysel Tunç, Ersin Güclü, Vedat Kiçik, Mustafa Tatli, Vedat Babacan, Hüseyn Yavuz, Murat Gökşen və Bəkir Konya şübhəli olaraq göstərilib. Şübhəlilərdən Vedat Kiçik ilə Bəkir Konyanın fərari olduğu ifadə edilib. Digər 6 şübhəlinin isə məhbus olduğu bildirilib. Eyni zamanda şübhəlilərdən Vedat Kiçiyin "Yusuf", Hüseyn Yavuzun "Həmzə", Ali Veysel Tunçun "Bedirhan", Bəkir Konyanın isə "Tarık" kod adlarını istifadə etdikləri məlum olub.

Səviyyəyə görə xüsusi görüşlər

Gəmidə çalışan alt təbəqənin çərşənbə axşamı günləri, orta təbəqənin cümə axşamı günləri, üst təbəqənin da cümə günləri toplandıqlarını ifadə edən zərəçəkən Rəcəb Kanbay bildirib ki, tanış olduğu insanların əsl adlarını daha sonradan öyrənib: “Bedirhan adlı şəxs promosyon ödənişlərini “bu pul faiz pulu, bunları zərfə qoyun mənə gətirin” dedi. Mən də 500 lirəni zərfə qoyub ona verdim. Müqaviləmizin bitməsinə 1 ay qalmış gəmi kapitanı Murat Gökşen məni Pendikdə bir kafeyə çağırdı. Çantadan çıxardığı müqaviləni imzaladım, yenə şərtlərimiz eynidir və müqaviləni imzaladığını haqqında heç kimə danışmayacaqsan dedi.” Yerli seçkilərdən 15-20 gün əvvəl “Həmzə” kod adlı Hüseyn Yavuzun evində toplandıqlarını deyən Kanbay qeyd edib ki, AK Partiyaya rəqib olaraq ikinci ən yaxın partiyaya səs verəcəkləri onlara tapşırılıb: “ Qohumlarımızın da onların xeyrinə səs toplamağımız işi bizə tapşırıldı. Hətta hansı mahalda kimə səs verəcəyimizi belə söylədilər. Bizə kaset göstrədilər. Həmin kasetdə AK Partiya əleyhinə fikirlər var idi.”

Qardaşlardan gələn kasetlər

Mustafa Tatlı və digər cammat mənsublarının prezident Rəcəb Tayyip Ərdoğana qarşı “oğru, agent, vətən xaini” kimi ifadələr işlədildiyini bildirən Səfər Yıldırım, onların Ərdoğan, nazirlər və bir qisim AK Partiyanın millət vəkilləri haqqında səs yazılarına malik oldularını söyləyib. Və bu səs yazılarının davamının olacağını da bildirilib: “Dedilər ki, 20-25 martda Baş nazir haqqında elə kasetlər ortaya çıxaracağıq ki, yer-yerindən oynayacaq. Bildirdilər ki, hər qurumda adamları var, güclüdürlər, qüvvətlidirlər və istədiyikləri adamı işə qoyub çıxara bilərlər.”

TÜBİTAK-a xüsusi önəm verilir

Zərəçəkənlərdən Mehmet Ertaş isə ifadəsində qeyd edib ki, “Tarık” kod adlı Bəkir Konya ona tədqiqat gəmisində çalışmağı təklif edib. Və Fətullah Gülənin TÜBİTAK-a çox əhəmiyyət verdiyini bildirib: “O, mənə dedi ki, məni yaxın zamanlarda Pensilvaniyaya aparacaq. Evdən ayrılmaq istədiyimi söylədiyimdə isə “Bedirhan” kod adlı Ali Veysel Tunç mənə bildirdi ki, əgər belə bir şey etsəm, TÜBİTAK-ın gələcəkdə əldə etdikləri qazanclardan məhrum olacam. 17-25 dekabr prosesi başladığında gəmidə olan camaat üzvərinin hökumət əleyhinə böyük bir kinlə hərəkət etdiklərinin şahid oldum.”

Gəmi marşrutu çoxmənalıdır

“Paralel Dövlət”in kadrlaşdırdığı “Mərmərə” tədqiqat gəmisinin tez-tez marşrutdan çıxaraq prezidentlərin istifadə etdiyi Huber Köşkü, Baş nazilriyin Dolmabaxça sarayının ofisi və Abdullah Öcalanın olduğu İmralı adasına qədər gedib çıxdığı məlum olub. Ankara Baş prokurorluğunun apardığı istintaqda “Paralel Yapı” nın öz işçilərini ezam edərək, ələ keçirdiyi “Mərmərə” Tədqiqat gəmisinin təyin olunan marşrutdan dəfələrlə icazəsiz çıxdığı da öz təsdiqini dayanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.