Kəşfiyyat Türkiyədə çevriliş etmək istəyib -Generaldan açıqlama

8-04-2015, 15:39           
Kəşfiyyat Türkiyədə çevriliş etmək istəyib -Generaldan açıqlama
Sui-qəsddə təqsirləndirilərək həbs olunan türkiyəli general müsahibəsində Birləşmiş Ştatların bu planının arxasında durduğunu bəyan edib. Analitik.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçmiş hərbçi həqiqi hərbi xidmətdə olan general-polkovnik Bilgin Balanli "Balyoz əməliyyatı" adlı sui-qəsd palnının təşkilatçısı kimi ittiham olunub və həbs edilb. Nəzərdə tutulan sui-qəsd hələ 2010-ci ilin əvvəllərindən məlum idi. Belə ki, "Tərəf" qəzeti hərbi çevriliş hazırlandığı haqda xəbər vermiş, sui-qəsdçilərin planları əks olunan sənədlər dərc etmişdi. Nəşrin məlumatına görə, sui-qəsdçilər hakimiyyətdə olan İslamçı Ədalət və İinkişaf Partiyasına (AKP) müxalifətdə olan, Türkiyənin hərbi xidmət orqanlarının sıralarında xidmət edən ateistlər idi.

Sənədlərdə İstanbulda iki məscidin bombalanması və Egey dənizi üzərində Türkiyə qırıcısının məhv edilməsi və bu ittihamları Yunanıstanın üzərinə atmaq haqda məlumatlar vardı. Sui-qəsdçilər ümid edirdilər ki, yaranacaq növbəti böhran ölkədə hərbiçilərə hakimiyyəti devirməyə imkan verəcək. Hökumət buna cəld reaksiya verib: 2010-ci il fevralın 21-də polis demək olar ki, bütün əyalətlərdə əməliyyatlar keçirilib və sui-qəsdçilərin 40-dən çox qabaqcıllarını həbs edib. Növbəti günlərdə daha 325 ittiham irəli sürülüb. Sui-qəsdçilər məhkəmədə ifadə verərək, "Balyoz Əməliyyatı"nın sadəcə hərbi seminar üçün simulyasiya rolunu oynayacaq düşünülmüş ssenari olduğunu iddia edirdilər. Lakin məhkəmə onların ifadələrini rədd edib, təxminən 300 nəfəri bir neçə aydan bir neçə il müddətinə azadlıqdan məhrum edib. Lakin, onların əksəriyyəti işə yenidən baxılması üçün bu yaxınlarda azad edilib. Onların bir çoxuna ötən ay bəraət verilb və hüquqlatının məhkəmə baxışı zamanı pozulduğu təsdiqlənib.

Onların arasında Türkiyə HHQ qərargahının keçmiş rəhbəri, general Balanli də vardı. Həbs və mühakimə Balalnlini öz vəzifəsindən istefa verməyə və dövlət pensiyasından imtina etməyə vadar etmişdi. Bəraət qazandıqdan sonra Balanli, özünün ilk geniş müsahibəsində bildirib ki, sui-qəsd palanları əks olunan sənədlərin müəllifi türk deyil. Bu sənədləri ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi işləyib hazırlayıb. Balanli öz fikrini bu sənədlərdə olan qeyri-türk sözlərinin olması ilə əsaslandırıb. O, deyib ki, sənədlərdə terminlərin əksəriyyətinin türk dilinin daşıyıcısı olan insana mənsub olmadığı açıq-aşkar görünür: "Sui-qəsd olaraq hazırlanmış Balyoz planının içində ASK tərəfindən istifadə olunmayan bəzi hərbi terminlər də var. Bunların Amerika Silahlı Qüvvələri tərəfindən istifadə edildiyini bilirik. Məsələn, biz dəniz səfərlərimizdən bəhs edərkən okean kəlməsini istifadə etmirik. Sənədlərdə bir neçə yerdə "okean" sözü bir necə dəfə işlənib. Bəlli ki, bu ingilis dilindən tərcümə edilib və amerika planının bir hissəsidir."













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.