Ərdoğandan sərt ittiham

12-04-2015, 12:57           
Ərdoğandan sərt ittiham
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ağrı vilayətində əsgərlərə edilən hücumları sərt şəkildə tənqid edib. O, Sakarya vilayətində çıxışı zamanı bildirib ki, hücumlar Türkiyədə kürdlərlə sülh prosesinə əngəl olmaq məqsədi daşıyır.

Ötən gün Diyadin rayonunda PKK (PeKaKa) silahlılarının təhlükəsizlik qüvvələrinə qarşı hücumları nəticəsində 4 əsgər yaralanıb. Əsgərlə hücumlara qarşılıq veriblər. Bir qədər sonra hadisə yerinə əlavə qüvvələr, o cümlədən hərbi helikopterlər və kəşfiyyat təyyarəsi göndərilib.

Ərdoğan çıxışı zamanı PKK tərəfdarı olan bəzi partiyaların zorakılıq fəaliyyətini də təndiq edib: “Məlum siyasi partiya bölücü terror təşkilatının bu cür fəaliyyəti ilə səs toplamağa çalışır. Əgər demokratiya, insan haqları deyirlərsə, bunun yolu silahdan deyil, səsvermə qutularından keçir”

Ərdoğan iyunun 7-sində keçiriləcək ümumi seçkilər zamanı tərəfdarlarını səsverməyə dəvət edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.