Çavuşoğludan Papaya sərt cavab

13-04-2015, 00:08           
Çavuşoğludan Papaya sərt cavab
Roma papası Fransiskin “erməni soyqırımı” barədə dediklərinə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu sərt cavab verib. ANS PRESS-in məlumatına görə, Monqolustanda səfərdə olan Mövlud Çavuşoğlu "Twitter"dən Roma Papasının dediklərinə münasibət bildirib:


"Papanın tarixi və hüquqi gerçəklərdən uzaq bəyanatı qəbuledilməzdir. Dini məqamlar əsassız ittihamlarla kin və nifrəti qızışdırmaq yeri deyildir".


Qeyd edək ki, Vatikanın Ankaradakı səfiri Antonio Lucibello Türkiyə Xarici İşlər nazirliyinə cağrılaraq ondan Roma Papasının qondarma erməni söyqırımı barədə dediyi fikirlərinə görə izahat istənilib.


Bu gün Romadakı Müqəddəs Pyotr kilsəsində ənənəvi mərasimdə Fransisk çıxış edərək bildirib ki, “erməni soyqırımı”nı XX əsrin ilk soyqırımı adlandırıb. Mərasimdə Ermənistan prezidenti Serj Sarkisyan və erməni din adamları da iştirak edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.