Ərdoğanın məşhur sarayı sökülür — Dövlət orqanı qərar verdi

10-07-2015, 21:03           

Türkiyənin Nazirlər Kabineti 2012-ci ildə Atatürk Meşə Qoruğunda saray tikilməsinə icazə verən qərar qəbul etmişdi və qoruğu “İnkişaf edib, şəhərə çevirmə ərazisi” elan etmişdi.

Memarlar İttifaqının Ankara Şöbəsi qərardan şikayət etmişdi. Türkiyənin araşdırma, məsləhət və qərar orqanı olan Daniştay Memarlar İttifaqını haqlı hesab edib və sarayın qanunsuz tikili olduğu haqqında qərar çıxarıb.

Qərarla bağlı Memarlar İttifaqı Ankara şöbəsinin sədri Tezcan Karakuş Candan yazılı açıqlama verərək, bildirib:

“Saray təcili boşaldılmalı, Çankayaya köçürülməlidir. Bu ölkədə hüquq yenidən inşa ediləcəksə, əvvəl Atatürk Meşə Qoruğunda, hamının gözü qarşısında edilən bu qanunsuzluğa son verilməlidir. Qanunsuz tikilən saray dərhal sökülməli, qanunsuzluq sona çatmalıdır. Qaçaq sarayın qaçacaq yeri qalmadı, əmr böyük yerdən gəlib. Hər kəs qanunlara uyğun davranmalıdır. Əksi olarsa, ölkəmizə demokratiya gəlməz”. (musavat)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.