PKK Türkiyəyə 280 raket gətirdi – Savaş hazırlığı

16-04-2015, 15:39           
PKK Türkiyəyə 280 raket gətirdi – Savaş hazırlığı
“PKK Türkiyə daxilinə 280 ədəd təyyarə əleyhinə raket daxil edə bilib”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə türkiyə siyasətçi Ümit Özdağ çıxış edib.

Onun sözlərinə görə, hazırkı PKK liderlərindən biri olan Cemil Bayık Öcalanın həbsxanada qalmasını istəyir:

“PKK daxilində iki qrup var. Bunlardan biri Cemil Bayık, digəri isə Abdullah Öcalan qrupudur. Bayık Öcalanın həbsxanada ölməsini istəyir və buna görə qarşıdurma zəmini formalaşdırır. O, “müstəqil Kürdüstan”ın bu dəqiqə qurulmasına çalışır. Öcalan isə əvvəlcə muxtariyyət alıb, azadlığa çıxmaq, sonra isə müstəqillikdən danışmaq istəyir. Bayık Türkiyənin ən zəif hala gəldiyini və gerçəkləşdirəcəyi bir üsyanla Türkiyədə panika yaradacağını, eləcə də bununla istənilən şeyi əldə edəcəyini düşünür. Həmin Cəmil Bayık həm də Türkiyənin daxilinə Kobanini gətirmək istəyir. Bunun üçün Türkiyə daxilinə 280 ədəd təyyarə əleyhinə raket daxil edə biliblər. Artıq atəşkəs dönəmi bitib. Bunu analiz kimi söyləmirəm. Parlament seçkilərindən sonra, ya da əvvəl PKK ölkədə qarşıdurmanı başladacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.