Davudoğlu erməni müşaviri işdən qovdu

16-04-2015, 15:55           
Davudoğlu erməni müşaviri işdən qovdu
Türkiyənin Baş naziri Əhməd Davudoğlunun erməni baş müşaviri Etyen Mahçupyan bu il martın 9-da tutduğu vəzifədən uzaqlaşdırılıb.

Report xəbər verir ki, bu haqda “Hürriyət" qəzeti məlumat yayıb.

Mahçupyan qəzetə müsahibəsində bildirib ki, yaş həddi ilə əlaqədar bu il martın 9-dan etibarən baş müşavir vəzifəsində çalışmır.

"Mən indi fəxri müşavir kimi vəzifəmi icra edirəm. Bu məsələdə bir dəyişiklik olub: indi maaş almıram. Hazırda xaricdəyəm və burada fəaliyyətimi davam etdirirəm".

Xatırladaq ki, E.Mahçupyan 1950-ci il martın 9-da anadan olub. Ölkə qanunlarına əsasən, 65 yaşdan sonra dövlət məmuru təqaüdə çıxarılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.