PKK-nın geniş hücümü (VİDEO)

30-08-2015, 20:17           
PKK-nın geniş hücümü (VİDEO)
Türkiyədə 30 avqust Zəfər bayramı qeyd olunduğu vaxtda ölkənin cənub-şərq bölgələrində gərginlik dayanmır. Gecə saatlarında etibarən müxtəlif vilayətlərdə PKK mənsubları ilə Türkiyə təhlükəsizlik qüvvələri arasında atışmalar qeydə alınıb.

ANS TV-nin məlumatına görə, Elazıq vilayətində jandarm binasına raketlə hücumu edilib. PKK qüvvələrinin həyata keçirdiyi bu hücum nəticəsində xəsarət alan olmasa da, hadisədən dərhal sonra toqquşma yaşanıb.

Elazıqla yanaşı Bingöl vilayətinə də PKK silahlıları hücum edib. Silahlılar bölgədə yerləşən kommunikasiya stansiyalarını hədəfə alıb. Hücumun qarşısını almaq üçün hadisə rayonuna xüsusi təyinatlı hərbçilər və ağır texnika yeridilib.

Diyarbəkirdə edilən iki müxtəlif istiqamətdən edilən hücum nəticsində ölən və yaralananlar var. Silvan bölgəsində türk hərbçilərini aparan hərbi maşının keçidi sırasında yola döşənən mina işə salınıb. Partlayış hərbçilərə zərər vurmasa da, yaxınlıqda olan 14 yaşlı uşağın ölümünə səbəb olub.

Diyarbəkirin Qayapınar bölgəsinə edilən hücum zamanı PKK silahlıları hərəkətdə edən polis avtomobilənə atəş açıb. Nəticədə, biri ağır olmaqla iki polis əməkdaşı yaralanıb. Yaralanan polislərdən biri daha sonra həyatını itirib.

Hər iki hadisədən sonra bölgədə genişmiqyaslı əməliyyatlara başlanılıb.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.