Ankara düyməni basdı: PKK-nın kökü kəsiləcək - Sensasion təfərrüat

30-08-2015, 20:31           
Ankara düyməni basdı: PKK-nın kökü kəsiləcək - Sensasion təfərrüat
Rəsmi Ankara PKK terror təşkilatının maliyyə qaynaqlarının tamamilə kəsilməsi üçün geniş fəaliyyət planını işə salmağa hazırlaşır.

Avropa.info Türkiyə mediasına istinadən xəbər verir ki, hədəf Avropadan Van, Hakkari və Şırnaka, oradan da İraqın şimalına köçürülən pulların qarşısını kəsməkdir.

MİT (Milli İstiqbarat Təşkilatı) və polisin tədqiqatı nəticəsində müəyyən etmiş olduğu pul dövriyyəsi yaxından təqib olunacaq. Hazırda PKK-ya kuryerlər vasitəsilə ildə 300 milyon avro, Avropa və Türkiyədəki bank sistemi vasitəsiylə isə 50 milyon avronun ötürüldüyü müəyyən edilib.

ALMANİYAYA GÜVƏNİRLƏR

Həm ölkə içində, həm də İraqın şimalında aparılan əməliyyatlarla zərbə üstündən zərbə alan PKK, düşdüyü məngənədən xilas olmağa çalışdığı bir vaxtda , terror təşkilatının Avropa qanadında da çətinliklərin artdığı bildirilir.

Türkiyə ordusunun əməliyyatlara başlamasının dərhal sonra terror təşkilatının Avropa qanadı, xüsusilə Almaniyada özlərinə yaxın siyasətçiləri işə salmaq, Qəndilə qarşı əməliyyatların dayandırılması və alman hökumətinin Türkiyəyə təzyiq etməsini təmin etmək üçün hərəkətə keçdiyi məlum olub.

PKK-da PANİKA

PKK oxşar təşəbbüsləri, Brüssel, Paris və Strasburqda da həyata keçirmək istəyib, ancaq məlumatlara görə, onların bu istəyi baş tutmayıb. Qruplaşma Avropada PKK-ya dəstək üçün ictimai rəy formalaşdırmağa çalışarkən, Ankaranın terrorçuların maliyyə mənbələrini qurudacaq bir fəaliyyət planını həyata keçirməyə başlayacağı haqqındakı xəbərlər, PKK-nın təlaşa düşməsinə səbəb olub.

HƏR İL 550 MİLYON AVRO

MİT (Milli İstiqbarat Təşkilatı) və polisin tədqiqatı nəticəsində müəyyən etmiş olduğu pul dövriyyəsi yaxından təqib olunacaq. Hazırda PKK-ya kuryerlər vasitəsilə ildə 300 milyon avro, Avropa və Türkiyədəki bank sistemi vasitəsiylə isə 50 milyon avronun ötürüldüyü müəyyən edilib.
PKK-nın həmçinin, Avropa ölkələrindəki kürd mənşəli vətəndaşlardan ianə, yəni xərac olaraq aldığı pulun isə 200 milyon avronun üzərində olduğu ehtimal edilir.

14 AVROPA ÖLKƏSİNDƏ GƏZİR

PKK-nın pulları başlıca olaraq Almaniya, Hollandiya, Danimarka və Fransa başda olmaqla 14 Avropa ölkəsinin hamısında həm kuryerlər, həm də bank sistemi ilə dövr edir. Türkiyə bunun qarşısını alacağı halda, terror təşkilatının maliyyə resursları mühüm bir zərbə yeyəcək.

VƏQF VƏ DƏRNƏKLƏR DƏ TƏQİBDƏ

Türkiyə PKK-nın filialı kimi Avropada fəaliyyət göstərən vaqif, dərnək və təşkilatların bağlanması üçün diplomatik cəhdlər də artıracaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.