Zəfər Bayramımız mübarək, Türkiyə!

30-08-2015, 21:06           

Hər bir xalqın tarixində böyük günlər olur. 30 avqust Türkiyə tarixində belə bir möştəşəm gündür. 93 il öncə – 1922-ci ildə Mustafa Kamal Atatürkün başçılığı ilə Türkiyə yadelli işğalçılardan azad edildi.
Çanaqqala savaşı türkün varlığını sübut etməsi baxımından böyük önəm daşıyırdı. Bu savaş türkün Vətənində onu yox etmək istəyənlərə qarşı hünəri və ləyaqəti dirənişi idi. Yalnız 1915-1916-cı illərdə Çanaqqala uğrunda savaşlar zamanı türkün düşmənlərinin istəyi çökməkdə olan Osmanlı imperiyasınının örnəyində türklük duyğusunu silmək, türkləri bütünlüklə dövlətsizləşdirmək idi.

Bir xalqın özünü ən qorxulu, ölümcül məqamda belə, ayaqda saxlaması, ümidsizləşməməsi, təhlükəyə qarşı durmaq gücü, yenilməzliyi onun qeyri-adiliyindən soraq verir. Daim fitri imkanlarına inanan, imkansızlıqdan üstün olan, yenilməyi ölüm sayan türk mahiyyətcə həmişə qələbə haqqında düşünüb və çox hallarda buna nail olub.
Türkün böyüklüyünü, xarakterini, bəşəri siqlətini, insansevərliyini çağdaş dünya gözəl tanıyır, bilir. Tanıdığı, bildiyi dərəcədə də görmək, etiraf etmək istəmir. Dünyada türklüyə qarşı açıq və gizli savaşların açıldığı bir çağda Atatürkü hər an yaşatmaq gərəkliyi yaranır.
Atatürk az qala yox yerdən Türkiyəni yaratdı, onu var elədi. Atatürk sözün böyük mənasında sərkərdə, qurucu idi. İdeyasını Ziya Göyalpdan almalı oldu: bu ideologiya isə Türkçülük, Batıçılıq və İslamçılığın birliyi idi. O zaman Atatürk daha çox Qərbə meyilləndi. Baxmayaraq ki, Türkiyə yırtıcı Qərbin caynağından qurtulmuşdu, bir yandan da SSRİ ilə münasibətlərdə son dərəcə ehtiyatlı olmalı idi.
Atatürk siyasi gedişlərdən çox üstün idi. Atatürk Türk xalqının xoşbəxtliyi üçün ömrünü fəda etdi.
teref.az Modern.aza qoşulub deyir Zəfər Bayramımız mübarək Türkiyə!












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.