İran ilə Türkiyə arasında yeni qalmaqalı - Tərəflər razılığa gələ bilmədi

17-04-2015, 16:11           
İran ilə Türkiyə arasında yeni qalmaqalı - Tərəflər razılığa gələ bilmədi
İranın neft naziri Bijen Namdar Zəngənə Tehranın Ankaraya təbii qaz ixracatını iki dəfə artırmağı təklif etdiyini açıqlayıb.

Avropa.info xəbər verir ki, Tehran təbii qazın qiymətində endirim etmək məqsədilə təbii qazın ixracatının iki dəfə artırmağı təklif edib. Amma rəsmi Ankara isə bu təklifi qəbul etməyib.

Məlumat üçün bildirək ki, Rusiya, İran və Azərbaycandan təbii qaz alan Türkiyə ən bahalı qazı İrandan alır.

Türkiyə prezidenti bu ayın başında İrana səfəri zamanı təbii qazın qiymətlərinin aşağı salınacağı təqdirdə idxalatı artıra biləcəkləri mesajını vermişdi.

Bunun müqabilində isə İranın neft naziri Türkiyənin idxalatı iki dəfə artırması təklifini irəli sürüb.

"Türkiyə İrandan illik 10 milyard kub metr qaz alır. Təklif edirik ki, ilk 10 milyard kub metrin qiyməti olduğu kimi qalsın, ikinci 10 milyard kub metrin qiymətini isə tədricən aşağı salaq."












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.