Gənc qırğız qızı büstqalterdə oxuduqdan sonra nə oldu?

21-09-2018, 20:30           
Gənc qırğız qızı büstqalterdə oxuduqdan sonra nə oldu?
Torlu alt paltarda, üstündən pencək geyinmiş qırğızıstanlı qız musiqili videoklipilə sosial şəbəkələrdə qırğız qadınlarının özünüifadə hüquqlarına dair müzakirələrin qızışmasına səbəb olub.

Bu, Zerenin ilk mahnısıdır. Zereni dəstəkləyənlər alt paltarda şəkil çəkdirib Facebook-da paylaşıb qeyd edirlər ki, "patriarxal cəmiyyətdə öz hüquqlarını müdafiə etmək üçün soyunmaq lazım gəlir".

Digərləri isə müğənnini hədələyərək qeyd edirlər ki, qırğız qızına bu görünüşdə olmaq yaramaz. Müğənni qızın paylaşdığı skrinşotlara əsasən, hədə söylənlərdən bəziləri onu "başını kəsəcəklərilə" hədələyirlər.

Zere DİN-ə ərizə ilə müraciət edən sonra, oradan ona bildiriblər ki, ona qarşı hücumlara yol verməmək üçün, lazım olan tədbirlər görüləcək.

Müzakirələrin çoxunda mahnının məzmunundan yox, Zereninin bədənin quruluşundan bəhs edilir.

Ölkənin keçmiş Baş naziri qızı müdafiə etsə də, bildirib ki, "qızın bədəni ideal olsa idi, klip bu dərəcədə qızğın mübahisələrə səbəb olmazdı".

"Qığızıstanda və bütün dünyada qızların 90 faizi küçədə, işdə və ya evdə diskriminasiya ilə üzləşir", - Zere Azadlıq radiosuna müsahibəsində bildirib.

Onun sözlərinə görə, o bu addımı cəmiyyətdə qadınların rolunun müzakirəsinə təkan vermək məqsədilə atıb.

"Reaksiyanın belə qızğın olacağı gözlənən idid, anlayırdım ki, yalnız bu yolla cəmiyyəti qıcıqlandıra bilərəm", - Zere deyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.