Türkiyə ordusu 56 terrorçunu zərərsizləşdirdi

22-09-2018, 07:38           
Türkiyə ordusu 56 terrorçunu zərərsizləşdirdi
Türkiyənin təhlükəsizlik qüvvələrinin Şırnak, Siirt, Diyarbəkir, Ağrı vilayətlərində və İraqın şimalında sentyabrın 14-dən 20-dək keçirdikləri antiterror əməliyyatları zamanı 56 terrorçu zərərsizləşdirilib.

Publika.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, zərərsizləşdirilənlər arasında PKK-nın İraqdakı qolunun rəhbərlərindən biri də var. Türkiyə hərbçilərinin "Zeytun budağı" əməliyyatının başlanğıcından zərərsizləşdirdiyi terrorçuların sayı 4573 nəfərə çatıb. Əməliyyatın başlanğıcından bu günə kimi terrorçularla döyüşlərdə Türkiyə ordusunun 54 hərbçisi həlak olub, 241 nəfər yaralanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.