Müdafiə Sənayesi Nazirliyi “ASELSAN”la Anlaşma Memorandumu imzaladı –FOTO

26-09-2018, 07:46           
Müdafiə Sənayesi Nazirliyi “ASELSAN”la Anlaşma Memorandumu imzaladı –FOTO
Sentyabrın 25-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Bakıda keçirilən “ADEX-2018” üçüncü Beynəlxalq müdafiə sərgisində iştirak edən Türkiyənin “ASELSAN” şirkətinin İdarə Heyətinin sədri-baş direktor Haluk Görgünün başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti ilə görüşüb.

Teref.az Müdafiə Sənayesi Nazirliyinə istinadən bildirir ki, görüşdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə dair geniş müzakirələr aparılıb.

Haluk Görgün “ADEX-2018” sərgisinin yüksək səviyyədə təşkil olunduğunu bildirib.

Görüşdə Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında rabitə vasitələrinin birgə istehsalına dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.