Manatı devalivasiya gözləyir?
10-07-2015, 13:40
Mərkəzi Bankın beynəlxalq valyuta ehtiyyatlarının 10 ay ərzində 60 faiz azalıb. Bu faktın növbəti devalivasiyaya yol açacağını düşününlər də az deyil.
Ölkədə növbəti iqtisadi proseslərin necə cərəyan edəcəyi ilə bağlı Hafta.az-a açıqlamasında iqtisadi ekspert Vüqar Bayramov danışıb. O bildirib ki, əslində mövcud rəqəmlərə nəzər salarkən bəzi məqamları diqqətə almaq lazımdır:
“Doğrudur ki, Mərkəzi Bankın valyuta ehtiyyatları 2014-cü ilin yayı ilə müqayisədə 60 faiz azalıb. Bu isə 2014-cü ilin sonu, 2015-ci ilin əvvəllərində Mərkəzi Bankın intervensiya xərclərinin yüksəlməsi ilə bağlıdır. Əgər biz rəqəmləri ötən ilin iyul ayı ilə müqayisə etsək təbii ki, azalma görərik. Ancaq son iki ayda Mərkəzi Bakın valyuta ehtiyyatlarının dəyişmə tendensiyasını müqayisə edərsək, o zaman artım müşahidə edərik. Praktik olaraq xüsusilə 2014-cü ilin sonundan bəri ilk dəfə olaraq may və iyun aylarında bu barədə müsbət sonluq müşahidə olunub. Valyuta ehtiyyatlarının azalması qrafikinə diqqət etsək, ehtiyyatların əksər hissəsi devalivasiyaya qədər olan zamanda azalıb. Bu baxımdan hesab etmirəm ki, bundan sonrakı məqamlar əsasən beynəlxalq aləmdəki vəziyyətdən, xüsusilə də Rusiyadakı iqtisadi durumdan asılı olacaq. Hazırda Mərkəzi Bank çalışır ki, devalivasiyaya getməsin. Ən azından yaxın dövrlər üçün manatın mövcud məzənnəsini qoruyub saxlaya bilsinlər. Hər halda manatın məzənnəsi inzibati yolla tənzimləndiyi üçün, konkret proqnoz vermək çətindir. Son iki ayda dövlət rezervlərindəki artımı nəzərə alarsaq, iyun ayı ilə müqayisənin məzənnə siyasətinə təsir edəcəyinə güman etmirəm”.