«İran və Rusiyaya ismarış» - İsrail Suriyaya endirdiyi zərbələri belə adlandırıb

28-08-2019, 07:45           
«İran və Rusiyaya ismarış» - İsrail Suriyaya endirdiyi zərbələri belə adlandırıb

İsrail Suriyadakı iranlılara zərbə endirib! Guya, İran «dron»larının İsrailə plalaşdırılmış hücumunun qarşısını almaq üçün.

AzPolitika.info-nun məlumatına görə, «Kan» telekanalının xəbər verdiyi kimi, İslam İnqilabı Keşikçiləri Korpusunun komandanlığındakı mənbə gözlənilən terror aktını «İsrailin İraqa hücumunun cavabı» adlandırıb.

Bundan sonra, avqustun 25-də gecə İsrail qüvvələri bir neçə preventiv raket və hava hücumu həyata keçirib və İsrail sərhədinin 14 kilometrliyində yerləşən İran bazalarını məhv edib. Bu zaman qeyd olunur ki, İsrail dərhal hücumun məsuliyyəiini öz üzərinə götürüb – yəhudi dövləti adətən, bunu nadir hallarda edir.

«SAXAL»-n mətbuat xidmətindən zərbələri «İrana və Rusiyaya ismarış adlandırıblar». Belə ki, Rusiya İranın Suriya ərazisindən İsrailə hücum etməsinə yol verməyəcəyini vəd vermişdi.
Eyni zamanda, orduda istisna etmirlər ki, Tehran cavab zərbəsi endirməyə cəhd göstərə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru