Avqust döyüşləri haqqında ŞOK MƏLUMATLAR ÜZƏ ÇIXDI: 1000-dən çox ölü və...

28-08-2019, 08:57           
Avqust döyüşləri haqqında ŞOK MƏLUMATLAR ÜZƏ ÇIXDI: 1000-dən çox ölü və...
Ukrayn Silahlı qüvvələrinin Baş qərargahı 2014-cü ilin avqustunda “İlovaysk qazanı”nda ölən Ukrayna döyüşçülərinin sayı haqqında yeni məlumatları dərc edib.

Publika.az xəbər verir ki, bu haqda “BBC Ukrayna” bildirib.

Ukrayna hərbi müəssisəsinin məlumatına görə, İlovayskda döyüşlərdə 220 hərbi qulluqçu həlak olub, 44-ü yaralanıb, 40 hərbçi itkin düşüb, 13-ü isə əsir götürülüb.

Açıqlanan yeni rəqəmlərə könüllü batalyonların döyüşçülərinin sayı daxil deyil. “Azaqlıq” radiosuna danışan Baş qərargahın keçmiş rəisi Viktor Mujenko bildirib ki, könüllü batalyonlar “İlovaysk qazanı”nda 200 döyüşçü itirib. Beləliklə, toplam olaraq Kiyevin itkiləri 420-dən çox döyüşçü təşkil edə bilər. Halbuki, 2015-ci ildə Ukraynanın Baş hərbi prokurorluğu həmin döyüşlərdə 366 nəfərin öldüyünü açıqlamışdı.

Xatırladaq ki, İlovaysk uğrunda döyüşlər 2014-cü ilin avqustunda Ukrayna tərəfi ilə Rusiya tərəfindən dəstəklənən separatçılar arasında baş verib. Kiyev döyüşlərdə Rusiyanın nizami qoşununun da iştirak etdiyini iddia edir. Şəhərin əhəmiyyətli hissəsini tutmuş Ukrayna hərbçiləri sonradan mühasirəyə alınır və nəticədə böyük itkilərlə üzləşir. Ali Radanın istintaq komissiyası isə qurbanların sayının 1000-dən çox ola biləcəyini təxmin edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru