İsrail kəşfiyyat xidmətinin İranın nüvə aliminin qətlində iştirakı təsdiqləndi
6-01-2021, 18:12
Eastnews.org-un verdiyi xəbərə görə, İran Müdafiə naziri Əmir Xatəmi İsrail kəşfiyyat xidmətinin nüvə alimi Möhsün Fəxrizadənin qətlində iştirakına dair güclü dəlillərin olduğunu təsdiqləyib və ölkəsinin cavab vermək hüququnu özündə saxladığını bildirib.
Əmir Xatəmi Fəxrizadənin elmi və tədqiqat sahələrində, xüsusən də koronavirus ilə mübarizə aparmaq üçün alət və avadanlıqların istehsalında ikili standartları bir kənara qoymaq təşəbbüsləri və uğurlarına toxunaraq, 60-dan çox ölkənin müdafiə nazirlərinə mesaj göndərib.
O, dövlət terrorizmi ilə mübarizədə beynəlxalq ictimaiyyəti bu cinayəti qınamağa qoşulmağa çağırıb.
Əmir Xatəmi İran alimlərinin sui-qəsdində İsrail rejiminin kəşfiyyat xidmətinin birbaşa iştirakı tarixinə toxunaraq bildirib:
"Bu rejimin sui-qəsddə rolu barədə ciddi dəlillər var. Bu hərəkət qarşısında susmağın dünyadakı təkrarlanma və təhlükəsizliyin səbəbi olduğunu düşünürük. Buna cavab vermək hüququmuzu qoruyuruq".