Tam versiya

Aİ-nin Baş diplomatı Rusiya ilə əməkdaşlığın genişləndirilməsini istəyir
BÖLÜM : Dünya
YAYIM TARİXİ : 30 yanvar 2021 00:46
Aİ-nin Baş diplomatı Rusiya ilə əməkdaşlığın genişləndirilməsini istəyir
Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali komissarı Cozep Borell 4-6 fevral tarixlərində Rusiya paytaxtı Moskvaya səfər edəcək
Avropa İttifaqının Rusiya ilə münasibətlərində çətinliklər var, lakin elə sahələr var ki, "orada əməkdaşlıq gedir və inkişaf etməlidir". Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali komissarı Cozep Borell bildirib.

"Rusiya ilə münasibətlər – Avropa İttifaqı üçün ən çətin münasibətlərdəndir. Son hadisələr mənim Moskvaya səfərinin vacibliyini bir daha vurğulayır. Lakin fikir ayrılıqlarından başqa, elə sahələr var ki, Avropa İttifaqı və Rusiya əməkdaşlıq edir və ya daha sıx əməkdaşlığa ehtiyac var, diqqət tələb edir", - deyə Borell qeyd edir.
Qeyd edək ki, Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali komissarı Cozep Borell 4-6 fevral tarixlərində Rusiya paytaxtı Moskvaya səfər edəcək.