Paşinyan Yerevana qayıda bilmir

1-05-2021, 00:09           
Paşinyan Yerevana qayıda bilmir
Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan və rəhbərlik etdiyi nümayəndə heyəti Kazandan Yerevana qayıda bilmir.

Teref.az xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb. Bildirilir ki, buna səbəb Paşinyanla heyətini geri qaytarmalı olan təyyarədə texniki nasazlığın yaranmasıdır. Məlumatı Ermənistan hökumətinin mətbuat xidməti də təsdiqləyib. Hazırda nasazlığın aradan qaldırılması istiqamətində işlər aparılır. Problem həll olunmasa, Paşinyanla nümayəndə heyəti başqa təyyarə ilə qayıdacaqlar.

Qeyd edək ki, Paşinyan Avrasiya İqtisadi Birliyinin hökumətlərarası şurasının iclasında iştirak etmək üçün Kazana gedib. qafqazinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru