Rusların neçə faizi Putinə inanır

1-05-2021, 07:01           
Rusların neçə faizi Putinə inanır
Sputnik" Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi 2018-ci ilin iyun ayının 18-dən indiyə kimi gündəlik 1,6 min respondenti sorğuya cəlb edib.

Rusiya prezidenti Vladimir Putinə ölkə əhalisinin 66,9%-i etibar edir. Bu nəticə "Sputnik" Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (ÜİRÖM) keçirdiyi sorğudan sonra məlum olub. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, respondentlərə təqdim olunan siyahıdan ən çox inandıqları siyasətçini seçmək təklif olunub. Nəticədə 70 faizə yaxın insan Putini seçib. Respondentlərin 28,8% faizi isə RF prezidentinə inanmadıqlarını ifadə ediblər.

Qeyd edək ki, aprelin 19-dan 25-dək keçirilən sorğuda 18 yaşdan yuxarı Rusiya vətəndaşları iştirak ediblər.

"Sputnik" Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi 2018-ci ilin iyun ayının 18-dən indiyə kimi gündəlik 1,6 min respondenti sorğuya cəlb edib. Sorğu təsadüfi seçim əsasında sabit və mobil telefonlarla müsahibəsi yolu ilə aparılır. Sorğunun doğruluq ehtimalı 95 faizdir, yanılma payı isə 1 faizi keçmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru