Yaponiyanın şimal-şərqində 6,6 bal gücündə zəlzələ baş verib

1-05-2021, 08:03           
Yaponiyanın şimal-şərqində 6,6 bal gücündə zəlzələ baş verib
Yaponiyanın Honşu adasının şimal-şərq sahillərində 6,6 bal gücündə zəlzələ baş verib, sunami təhlükəsi yoxdur.

Trend-in məlumatına görə, bu barədə Yaponiyanın Milli Meteorologiya İdarəsi bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri Miyaqi prefekturası yaxınlığında olub. Zəlzələnin ocağı 60 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Fukusima, İbaraki, Ivate, Tokio, Saytau, Tibu prefekturaları daxil olmaqla ölkənin bir sıra şimal-şərq və prefekturalarında güclü yeraltı təkanlar hiss edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru