Braziliya prezidentinə qarşı cinayət işi açıldı

4-07-2021, 07:58           
Braziliya prezidentinə qarşı cinayət işi açıldı
Jair Bolsonaru kuryoz əməlləri ilə məşhurdur. Braziliya lideri pandemiya başlayandan ona etinasız yanaşması ilə diqqət çəkirdi.

Braziliya Ali Məhkəməsi ölkə prezidenti Jair Bolsonaruya qarşı cinayət işi açılmasına icazə verib.

Sputnik Azərbaycan Associated Press-ə istinadən bildirir ki, Bolsonaru Hindistanın "Covaxin" COVID-19 əleyhinə vaksinini alarkən vəzifə cinayəti törətməkdə ittiham olunur.

İyulun 3-də elan edilmiş qərara görə, Ali Məhkəmənin hakimi Roza Veber COVID-19 pandemiyası ilə bağlı hökumətin fəaliyyətini araşdıran Senat komitəsinin verdiyi ifadələr cinayət işinə əlavə olunub.

Prokuratura Bolsonarunun 20 milyon doza "Covaxin" peyvəndi alınarkən ehtimal olunan qanun pozuntuları ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verməməklə vəzifə cinayəti törədib-törətmədiyini aşkara çıxarmaq istəyir. Veber digər potensial qanun pozuntularının da araşdırılacağını istisna etməyib.

Bundan bir qədər öncə məlumat verilmişdi ki, Braziliyanın Sanitar Nəzarəti üzrə Milli Agentliyi (Anvisa) Rusiyanın "Sputnik-V" vaksininin istifadəsinin təsdiqi barədə məsələyə yenidən baxacaq.

Jair Bolsonaru kuryoz əməlləri ilə məşhurdur. Braziliya lideri pandemiya başlayandan ona etinasız yanaşması ilə diqqət çəkirdi. O, küçəyə maskasız və əlcəksiz çıxır, tərəfdaşları ilə heç bir sosial məsafə saxlamadan ünsiyyət qurur, onlarla şəkil çəkdirirdi. 2020-ci il iyulun 7-də isə o, koronavirusa yoluxduğunu etiraf etdi.

Bundan bir il öncə, 2019-cu il avqustun 27-də isə Bolsonaru Fransa Prezidenti Emmanuel Makronun xanımı Bricit Makronu sosial şəbəkədə təhqir etməklə qalmaqal qoparmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru