İranda koronavirusun beşinci dalğası ilə bağlı xəbərdarlıq edildi
4-07-2021, 07:50
Koronavirus epidemiyasında ən çox əziyyət çəkən ölkələrdən biri olan İranda yoluxma sayı və insan itkisi yenidən artmaqdadır.
“Anadolu” agentliyi xəbər verir ki, ölkədə 7 iyunda 4 907-ə düşən gündəlik xəstəlik sayı 1 iyulda 14 330 olaraq qeyd edilib və 100-ə enən gündəlik ölüm sayı yenidən 150-yə çatıb.
İranın ən kasıb bölgələrindən biri sayılan Sistan - Bəlucistan əyalətinin cənub-şərqində epidemiya yenidən təhlükəli səviyyəyə qalxdığı üçün ərazisində karantin tətbiq olunub.
Ölkə rəsmiləri və Səhiyyə Nazirliyi virusun 5-ci dalğasi barədə xəbərdarlıq ediblər.