Yaponiyada dəhşətli sel görüntüləri: Onlarla adam itkin düşdü - VİDEO

4-07-2021, 07:52           
Yaponiyada dəhşətli sel görüntüləri:
Yaponiyanın Atami şəhərində (Sidzuoka prefekturası) torpaq sürüşməsi nəticəsində təxminən 20 nəfər itkin düşüb.

Bu barədə NHK telekanalından bildirilib.

Xilasedicilər sürüşmə zonasına cəlb edilib.

Yaponiyanın mərkəzi və şərq bölgələrində bir neçə gündür güclü yağışlar yağır. Bəzi bölgələrdə son iki gündə 400-600 mm arasında yağıntı düşüb.

Bundan əvvəl, 200 min insanın daşqın və torpaq sürüşməsi təhlükəsi səbəbiylə Tokio ilə qonşu Kanaqava prefekturasına təxliyəsi üçün tövsiyələr verildiyi bildirilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru