Almaniya kansleri NATO-nun hərbi müdaxiləsini istisna etdi
18-03-2022, 00:09
NATO Ukraynadakı hadisələrə hərbi müdaxilə etmək niyyətində deyil.
Bu barədə Almaniya kansleri Olaf Şolz bəyan edib.
“Bir şey aydındır. NATO müharibəyə hərbi müdaxilə etməyəcək”, - deyə kansler Berlində NATO-nun baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında deyib.