Senat Rusiyadan uran idxalını da qadağan edir

18-03-2022, 08:49           
Senat Rusiyadan uran idxalını da qadağan edir
ABŞ-ın respublikaçı senatorları Senata Ukrayna hadisələri ilə əlaqədar Rusiyadan uranın idxalını qadağan edən qanun layihəsi təqdim ediblər.

Axar.az xəbər verir ki, bu barədə sənədin müəlliflərindən biri, Senatın Vayominq ştatından olan üzvü Con Barosso deyib.

"Rusiyanın bütün enerji resurslarını Amerika bazarından həmişəlik çıxarmağın vaxtı çatıb. Biz bilirik ki, Vladimir Putin bu pulları Ukraynadakı amansız və əsassız müharibəsini maliyyələşdirmək üçün istifadə edir. Rusiyadan neft, qaz və kömür idxalına qadağa mühüm addımdır, lakin bunlar sonuncu ola bilməz”, - deyə Barosso bildirib.

O əlavə edib ki, bu qadağa nəinki Rusiyanı hərbi əməliyyatlar üçün lazım olan vəsaitdən məhrum edəcək, həm də ABŞ-da uran istehsalına da stimul verəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru