3 ölkə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

18-03-2022, 12:08           
3 ölkə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
Yaponiya, Avstraliya və Yeni Zelandiya Ukraynaya qarşı başlatdığı müharibəyə görə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Xeberle.com "Reuters"ə istinadən xəbər verir ki, Yaponiya müdafiə sektoru rəsmiləri və dövlət silah ixracatçısı Rosoboronexport da daxil olmaqla 15 rus fiziki və doqquz qurumuna sanksiya tətbiq edəcək.

Aktivlərin dondurulmasını nəzərdə tutan sanksiyalara əsasən, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, oliqarx Süleyman Kərimov və Rusiya Federasiyasının müdafiə nazirinin səkkiz müavini daxildir. Şirkətlər arasında "Rosoboroneksport", "Rusiya Helikopterləri", "Birləşmiş Aviasiya Korporasiyası", "Uralvaqonzavod" və digər şirkətlərə qarşı sanksiyalar tətbiq edilib.

Ümumilikdə, Rusiyanın Ukraynaya təcavüzündən sonra Yaponiya Rusiyada 76 nəfərə, 7 banka və 12 digər təşkilata qarşı sanksiya tətbiq edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru