“Çin və ABŞ dünyada sülh üçün məsuliyyət daşımalıdır” - Si Cinpin

19-03-2022, 00:04           
“Çin və ABŞ dünyada sülh üçün məsuliyyət daşımalıdır”  - Si Cinpin
Çin Xalq Respublikasının rəhbəri Si Cinpin amerikalı həmkarı Co Baydenlə videoformatda danışıqlar aparıb.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, Cinpin söhbət zamanı hər iki ölkənin dünyada sülhün bərqərar olması üçün məsuliyyət daşımalı olduğunu vurğulayıb.

Xüsusən bildirib ki, Çin və ABŞ BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və dünyanın iki ən böyük iqtisadiyyatı kimi nəinki gələcək münasibətləri düzgün yola yönəltməli, həm də beynəlxalq məsuliyyətin bir hissəsini öz üzərinə götürməlidir və sülh və bərabərlik üçün çalışmalıdır.

“Ukraynadakı böhran bizim görmək istədiyimiz şey deyil”, - Si Cinpin vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru