ABŞ Rusiyadan uranın idxalını dayandırır

19-03-2022, 08:35           
ABŞ Rusiyadan uranın idxalını dayandırır
Birləşmiş Ştatlar Rusiyanın bütün enerjidaşıyıcılarını Amerika bazarından həmişəlik kənarlaşdırmaq üçün Rusiya Federasiyasından uranın idxalını qadağan etməyə hazırlaşır.

Müvafiq qanun layihəsi baxılmaq üçün ABŞ Senatına təqdim ediləcək.

Məlumatı Respublikaçılar Partiyasının üzvü Con Barrasso da təsdiq edib.

Onun sözlərinə görə, Rusiyadan neftin, qazın və kömürün idxalına qoyulan qadağa mühüm addım olsa da, sonuncu olmamalıdır.

“Biz bilirik ki, Putin bu pulları Ukraynadakı qəddar və səbəbsiz müharibəsini maliyyələşdirmək üçün istifadə edir”, - C. Barrasso bildirib.

Senatorun fikrincə, Rusiya uranının idxalına qadağa Rusiyanı təkcə müharibə üçün resurslardan məhrum etməyəcək, həm də ABŞ-da uran istehsalının inkişafına təkan verəcək.

Mənbə: Segodnya












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru