Rusiya Yaponiya ilə danışıqlardan imtina edir

22-03-2022, 00:01           
Rusiya Yaponiya ilə danışıqlardan imtina edir
Rusiya Xarici İşlər Nazirliyi bildirir ki, Moskva hazırkı şəraitdə Yaponiya ilə sülh müqaviləsi üzrə danışıqları davam etdirmək niyyətində deyil.

Qeyd olunur ki, Rusiya tərəfi həmçinin Cənubi Kuril adalarında birgə iqtisadi fəaliyyətin qurulması ilə bağlı Yaponiya ilə dialoqdan çıxır. Sülh müqaviləsi üzrə danışıqlara “açıq qeyri-dost mövqe tutan və ölkəmizin mənafeyinə xələl gətirməyə çalışan dövlətlə ikitərəfli münasibətlərə dair fundamental sənədin imzalanmasının müzakirəsi mümkün olmadığına görə” dayandırılır. Rusiya həmçinin Yaponiya vətəndaşlarının Cənubi Kuril adalarına vizasız gediş-gəlişini dayandırmaq qərarına gəlib.

virtualaz.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru