Məhkumları çılpaq növbəyə düzüb... - “Qətllərə son qoyun, yoxsa qisas ağır olacaq" - FOTOLAR

1-04-2022, 11:14           
Məhkumları çılpaq növbəyə düzüb... -
Mərkəzi Amerikanın ən kriminal dövləti - El Salvador son zamanlar zorakılıq dalğası ilə sarsılmaqdadır. Dəstə üzvlərinin demək olar ki, hər gün qətl törətməsini prezident Nayib Bukele həbsxanadan fotolar yayımlamaqla cavab verib.

Çıxış yolunu qeyri-adi üsulla tapıb.

Məhkumları çılpaq növbəyə düzmək əmrini verən Bukele "Öldürməyə son qoy, yoxsa bunun əvəzini verəcəklər" deyərək, dəstə üzvlərinin təslim olmasını tələb edib.

Cümə günündən bəri ölkədə 87 nəfərin öldürüldüyü açıqlanıb. Polis cinayətlərə görə ölkənin ən böyük iki dəstəsinin, Mara Salvatruçanın və ya MS-13-ün məsuliyyət daşıdığını bildirərək beş dəstə başçısını həbs edib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru