Dünyada 5-ci ən böyük qızıl ehtiyatına malik olsa da, ALICI TAPILMIR - SƏBƏB
1-04-2022, 14:14

Ukraynaya hücumlarından sonra sanksiyaya məruz qalan Rusiya qızıl ehtiyatlarına alıcı tapmaqda çətinlik çəkir.
Manset.az-ın məlumatına görə, Britaniyadakı bəzi qızıl emalı zavodlarının Rusiya külçələrini yenidən əritməkdən imtina etdiyi iddia edilib.
Rusiya qızılının London bazarına girişi qadağan olunub.
London Külçə Bazarı Assosiasiyası (LBMA) Rusiyanın London qızıl bazarında qızıl satmasının qarşısını almaq məqsədilə martın əvvəlində bütün Rusiya neft emalı zavodlarını akkreditasiya siyahısından dayandırıb.
Bu qərarla Rusiya qızılının hər il trilyonlarla dollar dəyərində qiymətli metalların satıldığı London bazarına daxil olmasına faktiki qadağa qoyulub.
Bloomberg-in verdiyi xəbərə görə, LBMA hələ də ticarətə icazə verdiyi işğaldan əvvəl istehsal edilən metallar ilə işğaldan sonra çıxarılan Rusiya qızılı arasında fərq qoymağa başlayıb.
Bildirilib ki, birlik işğaldan sonra istehsal olunan külçələri yenidən əritməkdən imtina edib.
LBMA sözçüsü mövzu ilə bağlı etdiyi şərhdə, akkreditə edilmiş siyahının dayandırılması qərarından əvvəl zərb edilən qızılları qəbul etdiklərini söylədi.
Rusiya 140 milyard dollar dəyərində 2300 ton qızılla dünyanın 5-ci ən böyük qızıl ehtiyatına malik ölkədir.
Ölkənin son 15 ildə qızıl ehtiyatlarını topladığı və bunun Rusiya üçün bir növ “iqtisadi sığorta” olması nəzərdə tutulur.
Ukraynada davam edən müharibə və Qərb ölkələrinin sanksiyaları ilə Rusiya pul vahidi dəyər itirərək rekord həddə düşüb, ölkədə qızıla tələbatın yüksək həddə çatdığı bildirilir.