Ukraynada ölən hərbçilərin yaxınlarına yarım milyon dollar veriləcək
1-04-2022, 15:52
Ölən Ukrayna əsgərlərinin ailələrinə 15 milyon qrivna (təxminən 507 min ABŞ dollları) məbləğində yardım veriləcək. Yeniavaz.com "unian"a istinadla xəbər verir ki, bu barədə ölkənin baş naziri Denis Şmıqal bildirib Onun sözlərinə görə, Ukrayna hökuməti Silahlı Qüvvələrin həlak olan hərbçilərinin ailələrinə 15 milyon qrivna birdəfəlik yardım ödəməyə qərar verib.