Hindistan yoqa ilə məşğul olanlar üçün xüsusi vizalar verəcək

22-04-2022, 12:24           
Hindistan yoqa ilə məşğul olanlar üçün xüsusi vizalar verəcək
Hindistan xarici səyahətçilər, o cümlədən rusiyalılar üçün yeni vizaların verilə biləcəyini açıqlayıb.

Bu barədə Rusiya Turoperatorları Assosiasiyası (ATOR) ölkənin Baş naziri Narendra Modiyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, müalicə məqsədilə Hindistana səfər etməyi planlaşdıran turistlərə xüsusi vizalar – AYUSH vizası (Ayurveda, Yoqa, Naturopatiya, Unani (yunani), Siddha və Homoeopatiyanın qısaltması) veriləcək.

Yeni növ ölkəyə giriş sənədlərinin yaradılması qərarı ölkə hakimiyyətinin qlobal turizm bazarında ənənəvi hind təbabətinin təşviqinə diqqəti cəmləşdirmək istəyi ilə bağlıdır.

“Ənənəvi tibb Keralada turizmin inkişafına kömək etdi. Bu potensial Hindistanın hər guşəsində mövcuddur. Təbii metodlarla sağalma bu onilliyin ən böyük brendi ola bilər. Ayurveda, yunani və digər təcrübələrə əsaslanan sağlamlıq mərkəzləri xarici turistlər arasında çox populyar ola bilər”.

Mənbə: Rambler.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru