O ölkə bizim üçün düşmənə çevrilib - Peskov

22-04-2022, 19:31           
O ölkə bizim üçün düşmənə çevrilib - Peskov
Kremlin sözçüsü Dmitri Peskov Yaponiya Xarici İşlər Nazirliyinin dərc etdiyi hesabatda Rusiya ilə fikir ayrılıqlarının olduğu Kuril adalarının cənubunun “qanunsuz işğal olunmuş adalar” kimi qələmə verilməsinə münasibət bildirib.

Paralel.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Peskov Yaponiyanın bu addımına sərt ifadələrlə reaksiya verib:

"Bu 4 ada hamısı Rusiya üçün təhvil verilməz ərazidir. Açığını desək, Yaponiya düşmən ölkəyə çevrildiyindən və Rusiya Federasiyasına qarşı düşmən münasibəti sürdürdüyünə görə müzakirələrin davam etdirilməsindən danışmaq çətindir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru