Fransa Ukraynaya "Sezar" artilleriya silahları göndərir

22-04-2022, 19:34           
Fransa Ukraynaya "Sezar" artilleriya silahları göndərir
Fransa Ukraynaya ağır artilleriya silahları göndərir. Ordu.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron yerli "Ouest-France" qəzetinə deyib.

"Biz "Milan" (tank əleyhinə raketlər), "Sezar" (özüyeriyən artilleriya qurğuları) kimi əhəmiyyətli hərbi silahlar göndəririk”, - deyə Makron bildirib.

"Düşünürəm ki, biz bu yolla davam etməliyik. Həmişə qırmızı xətti keçməyərək, münaqişənin tərəfi olmayacağıq", Fransa Prezidenti qeyd edib.

Fransanın müdafiə naziri Florens Parli də "Twitter"də Fransanın "bir neçə "Sezar" özüyeriyən haubitsalar və minlərlə mərmi" göndərəcəyini təsdiqləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru