Rusiyaya qarşı istənilən addıma hazırıq, ancaq... - ABŞ
23-04-2022, 00:06
ABŞ Rusiyanın Ukraynaya müdaxiləsinə görə istənilən addımı atmağa hazırdır, ancaq birbaşa hərbi qarşıdurmaya gedən deyil.
Buta.ws xəbər verir ki, bu barədə ABŞ-ın milli təhlükəsizlik üzrə müşavirinin müavini Dalip Sinqx deyib.
O qeyd edib ki, Rusiyanı məsuliyyətə cəlb etmək üçün vaxt lazımdır:
“Prezident bunu açıq şəkildə bildirdi: biz Rusiya ilə birbaşa hərbi qarşıdurmadan başqa hər şeyi edəcəyik, bunu müttəfiqlərimizlə edəcəyik və lazım olan qədər təzyiqi artıracağıq”.