Azərbaycan İrana yarım milyard dollar borc verir – Strateji layihəyə görə

24-04-2016, 20:04           
Azərbaycan İrana yarım milyard dollar borc verir – Strateji layihəyə görə
Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi çərçivəsində Rəşt-Astara dəmiryolunun tikintisi üçün İrana 500 milyon dollar kredit verir.
Bu məlumatı İranın rabitə və telekommunikasiya naziri Mahmud Vaezi Bakıda apardığı danışıqların nəticələrinə əsasən açıqlayıb. Onun sözlərinə görə Rəşt-Astara dəmiryolunun tikintisi 1 milyard dollar investisiya tələb edir. Azəbaycan bu məbləğin yarısını kredit şəklində verməyə razılaşıb. Qalan hissəsini isə İran özü yatıracaq.
Vaezinin sözlərinə görə tikinti işlərini bu ilin sonuna qədər yekunlaşdırmaq nəzərdə tutulur.
“Şimal-Cənub” nəqliyyat dəhlizi Azərbaycan üçün strateji əhəmiyyətə malikdir. Bu dəhlizin işə salınmasının sürətləndirilməsi barədə Azərbaycan, İran və Rusiya prezidentləri arasında razılıq əldə olunub. Dəhlizin işə salınması ilə Ermənistanın nəqliyyat blokasından çıxmaq səyləri də iflasa uğrayacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.