Rusiyadan Azərbaycana sevgi nümayişi - Video

25-04-2016, 09:21           
Rusiyadan Azərbaycana sevgi nümayişi - Video
Rusiyanın NTV telekanalının bu günkü “Poedem, poedim!” (Gedək, yeyək! – red.) verilişi aparıcı Con Uorrenin Bakıya səfərinə həsr edilib.

ANS-in məlumatına görə, müəllif Bakıda, Gəncədə, Naftalanda və Göygöl rayonunda olub.

Səfəri zamanı Azərbaycan mətbəxi ilə tanış olan Con Uorren həm də ölkəmizə məxsus özəllikləri nümayiş etdirir. Konkret olaraq, o, neftlə çimir, yerli əhalinin “badımcan” adlandırdığı taksi ilə gedir, həmçinin əcəb-sandal bişirir.

Odlar Yurdunda Con Uorrenin maraqlı əməllərindən biri də “Brilyant əl” filminin məşhur qəhrəmanını imitasiya etməsidir. Sən demə, Naftalan nefti ilə vanna qəbul edən jurnalist bir anlığa özünü “Brilyant əl” filminin qəhrəmanı kimi hiss edir. Ona elə gəlir ki, qollarına sarğı bağlayaraq, içinə qızıl doldururlar. Amma ayılanda görür ki, qollarındakı “qara qızıl”dır.

Con Uorren daima maraqlı qeyri-adiliklərin axtarışında olan pozitiv aparıcıdır. O, Bakıda da öz ampluasına sadiq qalıb. Azərbaycan paytaxtında Uorren yanğınsöndürən forması geyinərək Yanardağı söndürmək istəyib.

Daha sonra smokinq geyinmiş rusiyalı jurnalist “Yaxşı yaşamağı heç kim qadağan edə bilməz!” deyərək ağ “Ferrari”yə minib və Azərbaycan paytaxtını gəzib.

NTV telekanalının çəkiliş qrupunun Bakı səfəri Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunub. Nazirilyin beynəlxalq fəaliyyətinin prioritet istiqamətlərindən biri Azərbaycan turizminin dünyada təbliğidir.
[media=https://www.youtube.com/watch?v=EyCw5rA9r3o]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.