İsraildən İstanbuldakı terror aktı haqda açıqlama - "Hədəfdə israillilər deyildi"
25-04-2016, 13:46
İsrailin Anti-Terror Mərkəzi, 19 martda İstanbulda baş verən və 3-ü israilli, 1-i isə iranlı olmaqla 4 turistin ölümünə səbəb olan hücuma aydınlıq gətirib.
Avropa.info xəbər verir ki, mərkəzdən verilən açıqlamada hücumun əsl hədəfinin israilli turistlər deyil, türk turizmini baltalamaq olduğunu açıqlayıb.
Birbaşa İsrailin baş naziri Benyamin Netanyahuya bağlı olan Anti-Terror Mərkəzi bir aydır aparılan araşdırmaların nəticəsini açıqlayıb.
Açıqlamada İŞİD üzvünün özünü partlatması ilə baş tutan terror aktının xüsusi olaraq israilli turistləri hədəf almadığınının müəyyən edildiyi bildirib.
Mərkəz bir neçə həftə əvvəl də, terror təhdidi səbəbilə Türkiyədə olan bütün İsrail vətəndaşlarını ölkəni dərhal tərk etməyə çağırmışdı.