Con Kerri: “Jurnalistlik cinayət deyil, şərəf medalıdır”

25-04-2016, 20:44           
Con Kerri: “Jurnalistlik cinayət deyil, şərəf medalıdır”
ABŞ-ın dövlət katibi Con Kerri həqiqəti xəbər verməyin cinayət olmayacağını, doğruları yazmağın isə bir “şərəf medalı” olduğunu vurğulayıb.
Musavat.com xəbər verir ki, ABŞ-ın Türkiyədəki səfirliyi C.Kerrinin rəsmi “Twitter” hesabını işarələyərək, #azadmedia haştaqı ilə etdiyi açıqlamada bunları yazıb: “Jurnalistlik fəaliyyətini yerinə yetirmək, doğruları xəbər vermək cinayət deyil, bir şərəf medalıdır”.
Səfirliyin sosial şəbəkə hesabı ABŞ prezidenti Barak Obamanının “Twitter” hesabını işarələyərək isə bu sözləri yazıb: “#MətbuatAzadlığı səssizlərə səs verir, ədalətsizliyi ifşa edir və mənim kimi liderlərin həsab verməsinə şərait yaradır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.