Cavaxişvili: "Gürcüstandakı mərkəzi avtoban ödənişli olmalıdır"

26-04-2016, 08:48           
Cavaxişvili: "Gürcüstandakı mərkəzi avtoban ödənişli olmalıdır"
"Gürcüstandakı mərkəzi avtoban ödənişli olmalıdır".

"Biznes-Qruziya" xəbər verir ki, bu fikri Gürcüstanın regional inkişaf və infrastruktur naziri Nodar Cavaxişvili söyləyib.

O hesab edir ki, Gürcüstan Çin, Qazaxıstan, Özbəkistan, Azərbaycan, Ermənistan və digər ölkələr üçün unikal yollar çəkə biləcək dövlətlərdən deyil. Onun fikrincə, bu dövlətlər sözügedən yoldan istifadəyə görə ödəniş etməlidirlər.

"Əgər bir nazir kimi məndən soruşsanız, deyərəm ki, o, mütləq ödənişli olmalıdır, daha artığını deyim, ümumiyyətlə, bu avtoban əvvəldən axıradək ödənişli olmalıdır. Qoy bu, gürcüləri qorxutmasın, çünki biz "İpək yolu"nun tərkib hissəsiyik. Bu avtobanın böyük hissəsindən əcnəbilər istifadə etməlidir. Biz Çin, Qazaxıstan, Özbəkistan, Azərbaycan, Ermənistan və digər ölkələr üçün unikal yollar çəkə biləcək dövlətlərdən deyil. Onlar bu yoldan istifadəyə görə, ödəniş etməlidirlər və dövlətin hazırda mövcud olan böyük borcunun bağlanmasının yeganə mənbəyi bu olmalıdır", - deyə nazir qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.