Pelosi Tayvanı tərk edir - VİDEO

3-08-2022, 16:04           
Pelosi Tayvanı tərk edir - VİDEO
ABŞ Konqresinin spikeri Nensi Pelosi Tayvan adasında 20 saat qalıb. Onun təyyarəsi Taypey hava limanından havaya qalxıb.

Teref.az-ın yazdığına görə,cebhe.info Rusiya mətbuatına istinadən xəbər verir ki, Nümayəndələr Palatasının sədrini adanın administrasiyasının rəhbərləri müşayiət edib.

Pelosinin sözlərinə görə, o, Tayvana yerli demokratiyanı dəstəkləmək üçün gəlib.

Pekin isə öz növbəsində parlamentin aşağı palatasının sədrinin hərəkətlərini "Çinin suverenliyinin kobud şəkildə pozulması" adlandırıb.

Qeyd edək ki, Tayvan hazırda Çin ordusunun adanın ətrafında keçirdiyi təlimlər səbəbindən virtual blokadadır.

Onu da bildirək ki, Pekin aviaşirkətləri Tayvana uçuşları ləğv etməyə çağırıb.

"Bloomberg"nəşri isə neft və mayeləşdirilmiş qazla dolu bir çox tankerin gecikdiyini bildirir. Pelosinin səfərinə Çinin ilk reaksiyası artıq iqtisadi sahədə də özünü göstərib. Bu, Tayvana qum idxalına və adadan minlərlə məhsulun ixracına qadağadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru