Buddistlərin məsciddə ayin keçirməsi qəzəbə səbəb oldu - FOTO 123

3-08-2022, 18:39           
Buddistlərin məsciddə ayin keçirməsi qəzəbə səbəb oldu - FOTO 123
Suriyanın Dəməşq şəhərində 1300 illik tarixi olan Əməvi məscidində Buddist ayininin keçirilməsi böyük əks-səda doğurub.
Bakupost.az xəbər verir ki, özünü “Dada Atman” adlandıran və ölkədə Buddizmi yaymağa çalışan şəxsin mehrabda çəkilmiş görüntüləri sosial şəbəkədə paylaşılıb.
Sosial mediada yayılan görüntülərdə məsciddə Buddist ayininin keçirildiyi görünür. Narıncı paltar geyən şəxs mehrabda yoqa, narıncı paltar geyinmiş qadın isə məscidin ortasında rəqs edib.
İslam tarixi üçün böyük əhəmiyyət kəsb edən məsciddə çəkilən bu fotolar müsəlmanların böyük reaksiyasına səbəb olub. Bölgədəki suriyalılar Əsəd rejiminin ölkənin əksəriyyətinin dini simvolu sayılan Əməvi məscidinə qarşı hörmətsizliyini pisləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru