Çin Tayvandakı təlimlərdə hipersəs raketlərindən istifadə edəcək

4-08-2022, 10:04           
Çin Tayvandakı təlimlərdə hipersəs raketlərindən istifadə edəcək
Tayvan sahillərində keçirilən təlim zamanı Çin ordusu ilk dəfə olaraq uzaqmənzilli artilleriyadan istifadə edəcək. Bundan başqa yeni nəsil hipersəs raketi DF-17-dən də ilk dəfə istifadə etməsi gözlənilir.

KONKRET.az xəbər verir ki, bu barədə Çinin milli qəzeti “Global Times” məlumat dərc edib.

Nüfuzlu nəşrin yazdığına görə, Çin hakimiyyətinin elan etdiyi təlimlər misilsizdir, çünki PLA-nın hipersəs raketləri Tayvan adasının üzərindən uçacaq. Bundan əlavə, Çin donanması adanın sularına 12 dəniz mili daxil olacaq.

Bundan əvvəl bildirilmişdi ki, G7 ölkələri Çinin Tayvan adasına qarşı son təhdidlərindən son dərəcə narahatdır və bu, regionda vəziyyəti daha da gərginləşdirə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru