İran nüvə sazişinə qayıdış şərtini açıqlayıb

4-08-2022, 10:38           
İran nüvə sazişinə qayıdış şərtini açıqlayıb
İran Amerika Birləşmiş Ştatlarından iqtisadi səmərəyə dair zəmanət aldıqda, Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə öhdəliklərinə tam əməl etməyə qayıdacaq.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsi Məcid Taxt-Rəvançi deyib.

"İran 2021-ci ilin aprel ayından sazişin tam icrasını bərpa etmək üçün digər iştirakçılarla vicdanla danışıqlar aparır. Bu məqsədə nail olmaq ləngiyir, çünki ABŞ hələ də İranın sazişdə vəd etdiyi iqtisadi faydaları alacağına zəmanət vermək qərarına gəlməyib", - Taxt Rəvançı bildirib.

“ABŞ düzgün qərar qəbul etdikdə, İran da öz növbəsində islahedici hərəkətlərini dayandıracaq və 2015-ci il razılaşmasına uyğun olaraq nüvə sahəsi ilə bağlı tədbirlərin tam şəkildə həyata keçirilməsini bərpa edəcək”, - o əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru