Dərbənd teraktına görəməsuliyyəti İŞİD öz üzərinə götürdü
15-05-2016, 11:30
İŞİD Dərbənddə həlak olmuş polislərə görə məsuliyyəti öz üzərinə götürüb. Məlumata əsasən, iki polis əməkdaşı qətlə yetirilib.
Rəsmi məlumatlara görə, dünən Dərbənddə üç polis əməkdaşı və 4 terrorçu öldürülüb. 15 güc qurumu təmsilçisi yaralanıb.
Xatırladaq ki, polislər Dərbənddə mayın 14-də gündüz şəhərin keçmiş merinin atasının qətli çərçivəsində yoxlama aparırdı. Mənzillərdən birindəki döyüşçülər polisə atəş açmağa və qranat atmağa başlayıb. Döyüşçülərin ikisi aradan çıxa bilib, lakin şəhərin cinayət-axtarış şöbəsinin rəisini ələ keçirdə biliblər. Əvvəlcə danışıqlar planlaşdırılsa da, girov götürülənin öldürüldüyü bəlli olanda hücum başlandı. Əməliyyatın gedişində XTMD-nin daha bir döyüşçüsü həlak oldu. Əməliyyat dünən axşam başa çatıb.