Putin Ramzan Kadırova general-polkovnik rütbəsi verib

5-10-2022, 17:31           
Putin Ramzan Kadırova general-polkovnik rütbəsi verib
Çeçenistan rəhbəri Ramzan Kadırova general-polkovnik rütbəsi verilib.

TEREF.AZ APA-ya istinadla xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri öz Telegram kanalında bildirib.

“Sizinlə daha bir şad xəbəri bölüşmək istəyirəm. Rusiya Prezidenti məni general-polkovnik rütbəsi ilə təltif etdi. Fərman 709 nömrəsi ilə çıxıb. Bu barədə şəxsən Vladimir Vladimiroviç mənə məlumat verdi və məni təbrik etdi”, - Kadırov vurğulayıb.

Qeyd edək ki, bu, Çeçenistan rəhbərinin Ukraynadakı müharibə zamanı aldığı ikinci rütbədir. Bu ilin mart ayında ona general-leytenant hərbi rütbəsi verilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.