Moldovanın baş naziri həbs edildi

27-06-2016, 21:02           

Moldovanın keçmiş baş naziri Vladimir Filat korrupsiyada ittiham olunaraq 9 il müddətinə azadlıqdan məhrum edilib.

Ölkə.Az RiaNovosti agentliyinə istinadən xəbər verir ki, məhkəmə keçmiş baş naziri 3 min dollar məbləğində cərimə edib və onun qanunsuz əldə edilmiş əmlakını və avtomobillərini müsadirə edib.

Hökm barəsində apelyasiya şikayəti verilə bilər.

Vladimir Filat 2015-ci ildə ölkənin bank sistemindən 1 milyard dollar vəsaiti çıxartmaqda şübhəli bilinərək həbs edilib.

Keçmiş nazir bu ittihamları rədd edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.